Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişafı aqrar sektorda biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli Qanunun qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir və Qanunu 2025-ci il yanvarın 1-dən qüvvəyə minməklə tətbiqinə başlanılacaq.
Qanunun müəyyən etdiyi yeniliklərə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq. Tikinti işlərinin aparılmasına dair tələblər isə müvafiq Qanunla müəyyən edilib.
Qeyd edilib ki, istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı 5 hektara və 1 faizə dair məhdudiyyətlər tətbiq edilmir.
Yeniliklərdən biri də torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi məsələləridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli Fərmanına əsasən, yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyişnatını kateqoriya daxilində dəyişmək imkanı əldə edirlər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçiləri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər bilavasitə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək. Bu müraciətlərə baxılması prosesi “vahid pəncərə” prinsipi əsasında elektron qaydada həyata keçiriləcəkdir. Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Beləliklə, bu Fərmanla torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsinin daha təkmil, sadə və elektron şəkildə həyata keçirilən proseduru müəyyən edilib. Bu prosedur vətəndaşlara daha rahat və şəffaf xidmət göstərilməsinə imkan yaradacaqdır.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezident İlham Əliyev Fərman imzaladı
Prezident İlham Əliyev Fərman imzaladı
Milli Məclisin iclasında
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi olub
İyunun 17-də gözlənilən hava şəraiti
Milli Qurtuluşdan Böyük Qayıdışa
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - Fotolar
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Tramp İranla müharibə başa çatdıqdan sonra diqqətini Ukraynaya yönəldəcəyinə söz verib
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Kameranı söndürməyən adam
Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülh üçün strateji yol xəritəsi rolunu oynayır
15 İyun – Milli birliyin və dövlətçilik ənənələrinin əhəmiyyətini xatırladan gün
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin simvolu kimi böyük önəm daşıyır
Şənbə və bazar gnlərində ölkə ərazisində 84 cinayətin açılması təmin olunub

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq