lider-media.az

Bakıda hüquq münasibətlərində transmilli aspektlərlə bağlı beynəlxalq konfrans keçirilir

Baxış: 152 Tarix: 17-12-2024, 12:12

  Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) Azərbaycanın sədrliyi çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilir.

  Tədbirin iştirakçıları arasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyaları, eləcə də müşahidəçi statusunda  Şimali Kiprin müvafiq qurumları yer alıb.

  Şəbəkəyə üzv dövlətlərin hakimlərinin, ədliyyə və prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi beynəlxalq miqyaslı tədbirdə aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli dövlətlərin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı ilə əlaqəli məsələlərin müzakirəsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi