lider-media.az

Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir

Baxış: 202 Tarix: 14-12-2024, 11:01

Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir.

Lider-media.az xəbər verir ki, tədbirdə özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələri müzakirə edərək fikir mübadiləsi aparırlar.

Tədbirin “Sinerjidən enerjiyə” mövzusundakı birinci panelində innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə ediləcək.

Tədbirin ikinci paneli isə müxtəlif sənaye liderlərinin “TEDx” formatında çıxışları ilə karbonsuzlaşdırma və SƏTƏM sahəsindəki yenilikləri müzakirə edərək, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyaları və əməkdaşlığını gücləndirməkdəki rolunu vurğulayacaq.

Sonda isə “HSE Awards” təltifetmə mərasimi baş tutacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi