lider-media.az

Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib

Baxış: 222 Tarix: 13-12-2024, 21:40

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Lider-media.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə

yazıb.

“Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim. Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik”, – o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi