lider-media.az

Hikmət Hacıyev: Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır

Baxış: 279 Tarix: 13-12-2024, 21:07


Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda “STRATCOM 24” sammiti çərçivəsində təşkil olunan “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda panel iclasda səsləndirib.

Azərbaycanın dezinformasiya ilə mübarizədə süni intellektdən istifadə etdiyini bildirən Hikmət Hacıyev vurğulayıb ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizə qarşı hələ də dezinformasiya siyasəti aparılır. Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə danışıqlar zamanı da diqqətə çatdırır.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə toxunan Prezidentin köməkçisi bu əlaqələrin həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli şəkildə davam etdirildiyini deyib və ölkələrimiz arasında süni intellekt sahəsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi