lider-media.az

NATO nümayəndə heyəti ilə hərbi təhsil sahəsində geniş fikir mübadiləsi aparılıb

Baxış: 25 Tarix: 13-12-2024, 20:24

Dekabrın 13-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Bildirilib ki, NATO Müdafiə Kollecinin nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.

Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi