lider-media.az

Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində birgə əməkdaşlığı davam etdirir

Baxış: 190 Tarix: 13-12-2024, 18:42

  2023-cü il noyabrın 23-də Bakı şəhərində Baş prokuror Kamran Əliyev və Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinin Direktoru Suleymon Sultonzoda arasında imzalanmış “2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində virtual formatda “Korrupsiya ilə mübarizə: preventiv tədbirlərin əhəmiyyəti” mövzusunda dəyirmi masa təşkil edilib.

  Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev və Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Orxan Hüseynovdan ibarət heyət iştirak edib. 

  Baş idarənin fəaliyyəti və ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş nəticələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

  Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndələri çıxış edərək, ölkəmizin müsbət təcrübəsindən faydalanaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinin analoqunun yaradıldığını qeyd ediblər. 

  Daha sonra əməkdaşlar mövzu ətrafında təqdimatlarla çıxış edərək, faydalı fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi