lider-media.az

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət etdi - Fotolar

Baxış: 210 Tarix: 13-12-2024, 17:42

leyla-eliyeva-kiqali-soyqirimi-memorialini-ziyaret-etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib. Leyla Əliyeva Ruanda kütləvi qətliamının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Kiqali Soyqırımı Memorialına əklil qoyub, burada nümayiş etdirilən sənədlər və materiallarla tanış olub.

Bildirilib ki, 2004-cü ildən fəaliyyət göstərən memorial 1994-cü ildə ruandalıların üzləşdiyi soyqırımının qurbanlarının xatirəsini yaşatmaq, dəhşətli reallıqlara işıq salmaq və faciənin tanıdılması istiqamətində böyük rol oynayır. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 1992-ci ildə Xocalıda törədilən faciənin dünyada tanıdılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Soyqırımı kimi cinayətlərin dünyada təkrarlanmaması üçün törədilən faciələrin beynəlxalq miqyasda tanıdılmasının, ədalətin bərqərar olmasının vacibliyi qeyd edilib. 











OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi