lider-media.az

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Baxış: 28 Tarix: 11-12-2024, 18:02

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın Baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in Baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.

Eyni zamanda, Azərbaycanın Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi