lider-media.az

Prezidentin köməkçisi: Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir

Baxış: 267 Tarix: 14-03-2024, 14:21

Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

H.Hacıyev qeyd edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin qarşısını tam ala bilməyib. “Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi