lider-media.az

Qərbi Azərbaycana həsr olunan ikinci beynəlxalq konfransın mədəni hissəsi baş tutub

Baxış: 133 Tarix: 6-12-2024, 17:18


Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransın mədəni hissəsi baş tutub.

Lider-media.az xəbər verir ki, mədəni hissə Zirədəki Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbir qonaqları Qərbi azərbaycanlıların Ermənistanda dağıdılan mədəni irsi ilə bağlı filmə baxıblar.

Filmdə Qərbi Azərbaycan tarixi, irsi mədəniyyəti barədə məlumatlar təqdim edilib. Həmçinin Qərbi azərbaycanlıların zəngin abidələri, musiqisi barədə məlumatlar verilib.

Mədəni hissə konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, dekabrın 5-6-baş tutan “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrasda 51 ölkədən 100-dən çox xarici qonaq iştirak edib.

Məlumat üçün bildirək ki, dekabrın 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi