lider-media.az

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib

Baxış: 264 Tarix: 13-03-2024, 21:55


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada artan nüfuzunu qeyd etdi, onun vacib beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu diqqətə çatdırdı. O, XI Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini bildirdi. Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olaraq hər zaman göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanda prezident seçkilərindən sonra həmişə olduğu kimi, ənənəyə uyğun olaraq ilk rəsmi səfərini məhz Türkiyəyə etdiyini vurğuladı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələri məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi