lider-media.az

Deputat: Sen Martin xalqı Fransa-Niderland müqaviləsinin nəticələrindən əziyyət çəkir

Baxış: 212 Tarix: 6-12-2024, 10:54

Kolonializmin Sen Martin adasındakı təsirləri kimlik itkisindən və assimilyasiyadan çox uzağa gedib. Adanın xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır. Ərazinin iki kolonial hakimiyyət tərəfindən 2 yerə bölünməsi köçkünlük, ailələrin parçalanması, sosial mövcudluğun məhv edilməsi və ümidsizliyə sürüklənmə ilə nəticələndi.

Lider-media.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Sen Martinin Şimal və Cənub hissələri XXI əsrdə, insanlar hətta Marsda torpaq əldə edərkən, hələ də Avropa dövlətləri tərəfindən kolonizasiya olunub. Lakin bu inkişafın dəyərini zənginlər səbəbindən yoxsul olan millətlər ödəməməlidir.

"Sen Martinin xalqı birdir, baxmayaraq ki, kolonializm onları iki yerə bölüb. Amma onlar oxşar talelərlə üzləşirlər. Hər iki hissədəki yerli xalqın ortaq problemlərin öhdəsindən gəlmək qabiliyyəti qəsdən zəiflədilib. Kolonial hakimiyyətlər Sen Martinin resurslarını guya adanın inkişafına kömək məqsədilə öz xeyirlərinə istifadə edirlər. Lakin aydın görünür ki, dərin iqtisadi monopolizm və tənəzzül Sen Martin xalqına zərər verməyə davam edir", - deyə deputat vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi