lider-media.az

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə əməkdaşlıq uğurla davam etdirilir

Baxış: 110 Tarix: 29-11-2024, 17:17

Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə həmin təşkilatın Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

Cari ilin 27-29  noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə hüquqi əməkdaşlıq şəbəkəsi (CASC) ilə Qazaxıstan Respublikası Baş Prokurorluğu yanında Hüquq mühafizə  orqanlarının  Akademiyası  tərəfindən “Cinayət işləri üzrə elektron sübutların işlənməsi sahəsində beynəlxalq əməkdaşlıq ” mövzusunda Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində beynəlxalq seminar keçirilib.
   
“Meta”, “Tiktok” və bir sıra internet provayderlərin nümayəndələrinin iştirak etdiyi seminarda ekspert qismində çıxış edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı ölkəmizin cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq və elektron sübutların əldə edilməsi sahəsindəki müsbət təcrübəsi barədə danışaraq, prokurorluğun bütün fəaliyyət istiqamətlərini vahid elektron platformada birləşdirən “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti, eləcə də həmin sistemin hüquqi yardım haqqında sorğuların icra və tərtibindəki rolu barədə geniş məlumat verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi