lider-media.az

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

Tarix: 29-11-2024, 17:02

Cari ilin 26-27 noyabr tarixlərində  Rumıniya Respublikasının paytaxtı Buxarest şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 23-cü illik Peşəkar Konfransı və Baş Assambleyasının İclası keçirilib.

EPAC/EACN-a tərəfdaş olan 30 ölkənin 100-dən çox korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının 170-dən artıq nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və Baş İdarənin böyük prokuroru Ziya Hacıyev təmsil edib.

Yüksək səviyyəli tədbirin açılış mərasimində konfransa ev sahibliyi edən qurum -  Rumıniyanın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin (DGA) direktoru Ovidiu-Kiprian Antohe, Avropa Prokurorluq Ofisinin Baş prokuroru Laura Kovesi, EPAC/EACN-nin Prezidenti və BMT-nin rəsmiləri qonaqları salamlamış, daha sonra konfransın işini açıq elan edərək qarşıya qoyulan məqsəd və vəzifələr barədə danışıb.

Tədbirdə çıxış edən nümayəndələrimiz ölkəmizdə aparılmış transmilli xarakterli cinayət işinin istintaqı ilə bağlı nümunə üzrə təqdimat həyata keçirmiş, habelə, həmin qəbildən olan halların araşdırılması zamanı ortaya çıxan çətinliklər barədə danışaraq tədbir iştirakçıları tərəfindən verilən sualları cavablandırıb.

Tədbirin sonunda Qurumun Baş Assambleyasının iclası çərçivəsində yeni 5 qurumun təşkilatın üzvlüyünə qəbul edilməsi, eləcə də 2025-ci ilin birinci rübündə Avstriyanın Anti-Korrupsiya Bürosunun təşəbbüsü ilə “Korrupsiya barədə məlumat verənlər”in müdafiəsini gücləndirmək məqsədilə Vyana şəhərində EPAC/EACN tərəfindən yaradılacaq işçi qrupunun ilk iclasının keçirilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi