Bu fikirləri mediaya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan yüksək təşkilatçılıq təcrübəsini ortaya qoyaraq dünyanın bu mötəbər tədbirinə nümunəvi şəkildə ev sahibliyi etdi: “İştirakçılar üçün işgüzar, qarşılıqlı hörmətə əsaslanan və inklüziv mühit yaradıldı. Tədbir çərçivəsində qlobal çağırışlara söykənən həmrəylik yüksək səviyyədə tərənnüm olundu. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu mötəbər tədbirə peşəkar səviyyədə ev sahibliyi etdi. Onların tədbirin möhtəşəm təşkili, Bakının gözəlliyi, insanlarımızın qonaqpərvərliyi ilə bağlı təəssüratları olduqca qürurvericidir. COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev vacib məqamlara toxundu, bir daha ölkəmizin dünya üçün əhəmiyyətini diqqətə çatdırdı. Bütün tərəfdaşlarının etibarını qazanan Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn meqalayihələrin faydaları bu gün göz önündədir, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Eləcə də öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərini, BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi, ölkəmiz Qoşulmama Hərəkatına 4 il ədalətlə rəhbərlik etdi, yeni və mühüm təşəbbüslər irəli sürdü, qurumun dünyada nüfuzunu artırdı. Cənab Prezident İlham Əliyev dəqiq faktlar və tutarlı arqumentlərlə Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli tərəflər arasında körpülər salmaq iqtidarına sahib olduğunu göstərdi. Qərəzli mövqe tutan, Azərbaycan haqqında yalan və böhtan məlumatlar yayan, COP29-u boykot etmək kimi sərsəm və mənasız iddialar səsləndirənlər də cənab Prezidentimizin nitqində layiq olduqları cavabı aldılar”.
“COP29-da yadda qalan məqamlardan biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin keçirilməsi və cənab Prezident İlham Əliyevin tədbirdə iştirak etməsi oldu. Haqları tapdanan, səsləri boğulan bu ada dövlətlərinin problemlərinin dünya ictimaiyyətinə çatdırılması naminə belə bir şəraitin yaradılması Azərbaycanın ədalətli mövqeyinin bariz nümunəsidir. Sirr deyil ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalır, səsləri dünyada eşidilmir. Möhtərəm Prezidentimiz inkişaf etmiş ölkələrə müraciət edərək iqlim dəyişmələri ilə mübarizədə onları kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Eləcə də Fransa və Niderland kimi ölkələrin müstəmləkə siyasətini, həmin xalqların haqlarını tapdamasını bir daha ifşa etdi. Daha dəhşətlisi Fransa Polineziyasında aparılan 193 nüvə sınağıdır ki, onun ətraf mühitə vurduğu ziyanı insan düşünmək belə istəmir. Həmçinin Fransa tərəfindən vaxtı ilə Əlcəzairdəki nüvə sınaqları, hələ də dəniz ərazilərində törədilən cinayətlər. Həqiqətən də, Fransa kimi dövlətlərin insan hüquqlarından, demokratiyadan, iqlim dəyişmələrindən danışmağa heç bir mənəvi haqqı yoxdur. Onların törətdikləri bəşəri cinayətlərdir və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır”, – Konfederasiya sədri bildirib.
Sahib Məmmədov vurğulayıb ki, COP29 mübahisəli və mürəkkəb məsələlərdə əldə edilmiş razılıqlarla tarixə düşdü: “Bu onu göstərir ki, razılığın əldə olunacağına şübhə ilə yanaşanlar, həmişə olduğu kimi ikili standartlardan çıxış edənlər bu dəfə də yanıldılar. Belə ki, 2035-ci ilədək hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə imkan verəcək. Son dərəcə əhəmiyyətli olan bu qərar COP29 Sədrliyinin böyük diplomatik uğurudur. Sənəddə əlçatanlığın və şəffaflığın qorunması barədə müddəaların yer alması da ədalət göstəricisidir. BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 ildir aparılan danışıqlar, nəhayət, COP29-da öz həllini tapdı. Hər bir vətəndaşımız üçün fərəhlidir ki, bəşəriyyətin gələcəyi ilə bağlı problemlərin müzakirəsi ölkəmizdə aparılır və vacib qərarlar paytaxtımızda qəbul edilir. İnanırıq ki, Bakıda əldə olunan bu tarixi nailiyyətlər qlobal iqlim gündəliyinin uğurlu icrasına, gözlənilməz təbiət hadisələrinin səbəb olduğu fəsadların aradan qaldırılmasına, ümumilikdə iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfə olacaq”.
“COP29 riyakar yanaşmaları, xain xislətləri, pozucu və dağıdıcı siyasət həyata keçirərək aranı qatan dövlətləri də ifşa etdi. Göstərdi ki, Fransa, Kanada və bu mövqedə duran digər dövlətlərin iqlimlə bağlı fəaliyyəti imitasiya xarakterlidir, əslində isə onlar bu istiqamətdə aparılan işin irəliləməsinə süni əngəllər yaradırlar. Sözsüz ki, Bakı COP-u onların məğlubiyyəti idi. Tədbirin möhtəşəm təşkili və Bakıda əldə olunan razılaşmalar onlara ən layiqli cavabdır”, – deyə Sahib Məmmədov əlavə edib.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib (video, foto)
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib
Nazir müavini Hidayət Abdullayev Şabran rayonunda vətəndaşları qəbul edəcək
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları görüşüb
Bacarıqlar Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib
Ötən gün 78 cinayətin açılması təmin edilib
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Çağırışçıların yekun tibbi müayinəsi 4 kateqoriya üzrə aparılır və qərar barədə çağırışçıya e-qaydada məlumat verilir
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
Bakıda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə şəhərinə çatıb
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı
Təbii və faydalı qida sağlamlığın əsasıdır
40 yaşdan sonra arıqlamağı beyin necə qəbul edir?
Məşhurlar haqqında bilinməyənlər
Limon bir çox problemlərə yol aça bilər