lider-media.az

Azərbaycan boksçuları Dünya Kubokunda finala yüksəliblər

Baxış: 421 Tarix: 10-03-2024, 15:58

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” turnirində finala yüksəliblər.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqram) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. B.Nəzərov qızıl medal uğrunda görüşdə Hindistan idmançısı Tamta Briyeş ilə qarşılaşacaq.

Zidan Hümbətov (51 kiloqram) isə hindistanlı Juji Rubandan güclü olub. Rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda rusiyalı Arseni Jiltsov ilə üz-üzə gələcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi