lider-media.az

Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir

Baxış: 329 Tarix: 6-03-2024, 18:06

Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənbildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi