Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev "8 Noyabr - Zəfər Günü" ilə əlaqədar çıxışında qeyd etdi ki, "Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.
Uzun illər ərzində düşmən ölkə ilə aparılan danışıqlar zamanı Azərbaycan, eyni zamanda güclü ordu yaratmış, onun döyüş qabiliyyəti möhkəmləndirilmiş, hərbi qüdrəti daha da artırılmış, müasir silah-sursat və texnika ilə təchiz edilmişdir. Ölkədə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar, mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, həmin məhsullar dünyanın bir çox beynəlxalq sərgilərində nümayiş etdirilir.
Ermənistan dövlətindən fərqli olaraq Azərbaycan bir çox layihələr ilə regionda yeni nailiyyətlər qazanmış, regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmişdir. Azərbaycan tərəfindən atılan uğurlu addımlar xalqımızla yanaşı, bir çox ölkələrin də maraqlarını təmin edir.
Azərbaycan müharibə vəziyyətində olduğu dönəmlərdə bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş və münaqişənin həlli üçün hüquqi baza yaratmışdır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar tərəfindən Azərbaycanın xeyrinə qətnamələr qəbul edilmiş, beynəlxalq sənədlərdə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmadığı üçün düşmənin aramsız davam edən təxribatçı addımları və hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Ölkə Prezidenti 2003-cü ildən bu günə kimi Azərbaycanın gücləndirilməsinə çalışmış, Vətən müharibəsinə qədər bütün addımları yalnız torpaqlarımızı düşmənin işğalından azad edilməsinə xidmət etmişdir.
2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq, Ermənistanın müxtəlif rayon və kəndlərində yerləşən mövqelərindən Azərbaycanın bir çox əraziləri atəşə tutulmuşdur.
Buna cavab olaraq, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. "Dəmir yumruq" əməliyyatının ilk anlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başlamışdır. 44 gün ərzində hər gün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgər və zabitləri işğala son qoyulması və tarixi ədalətin zəfər çalması naminə öz canlarını və qanlarını fəda edirdilər. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirərək, on minlərlə insan orduya könüllü yazılmış, eləcə də təxribatlar zamanı insanlar öz evlərini tərk etməmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində düşmən ordusunu əzərək, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliklər azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Şuşa şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən azad olunması ilə müharibənin taleyi həll edildi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
44 gün ərzində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi, Azərbaycan öz gücünü və qüdrətini göstərdi.
"Dəmir yumruq" milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə aparır. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq "Dəmir yumruq" kimi səciyyələndirilir.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
“Dəmir Yumruq” əməliyyatının uğurlu sonluğu
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Türkiyədə yayın ən dadlı ünvanı: bol çeşidli süfrələr
Kənd Təsərrüfatı Nazirliyi üzrə 237 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edilib
Baş prokuror Qubada vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edəcək
İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yanvar–iyul aylarında DSMF 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və təqaüd ödəyib
Qusarda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Bootcamp keçirilib
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Avqustun 19-da gözlənilən hava şəraiti
Baş nazir qərar imzaladı
Mətbuat Şurasından Rusiya mediasına XƏBƏRDARLIQ
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
Nazir Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək
Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
Yanvar-iyul aylarında pensiyalara 426 milyon manat çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Ərdoğanla Tramp telefonla danışıb
Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?