Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfə böyük təntənə ilə qeyd edir.
8 Noyabr - Zəfər Günü, uzun illər Ermənistan silahlı qüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyət çəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətin təntənəsini simvolizə edir. Ermənistanın irqçi və ekspansionist ideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmış Zəfər beynəlxalq hüququn aliliyini təmin edib.
Lider-media.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının 8 Noyabr - Zəfər Günü ilə bağlı yaydığı bəyanatda yer alıb.
Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaratdığı dövlətçiliyimizin möhkəm təməlləri, onun müdrik siyasəti və milli-ideoloji prinsipləri xalqımızın əzmini və gücünü bir araya gətirib, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və məharətli sərkərdəliyi Azərbaycanı həm siyasi arenada, həm də hərb meydanında qalibiyyətə çatdırıb. İlham Əliyevin uzaqgörən rəhbərliyi altında atılan ardıcıl addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni bir dövrə qədəm qoyub.
“Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsiz vətənpərvərlik ruhunu bir daha təsdiqləyib. Qarabağın işğalından sonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silaha sarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun və Vətənə bağlığının göstəricisidir.
Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir və sağlamlığını itirənlərə şəfa diləyirik.
Ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ədalətə inamımızı gücləndirmişdir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bu tarixi nailiyyətdən böyük güc alır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ədalətə ancaq inanaraq və onun uğrunda mübarizə apararaq nail olmaq mümkündür. Biz də bu əzmlə və inamla öz doğma evlərimizə təhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıtmaq uğrunda mübarizə aparırıq.
Azərbaycanın tarixi zəfəri, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır. Təəssüf ki, Ermənistan sülhün əldə olunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur.
Azərbaycana qarşı törətdiyi saysız-hesabsız cinayətlərə görə məsuliyyətini qəbul etməyən, Azərbaycandan üzr istəməyən, əksinə hələ də hərbi caniləri qəhrəmanlaşdıran, Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmayan, genişmiqyaslı silahlanma siyasəti həyata keçirən Ermənistan bu kimi destruktiv addımlardan çəkinməli, Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıdışına şərait yaratmalı və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.
Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid hesab etməsi yolverilməzdir. Bizim mübarizəmiz sırf insan hüquqları və öz dədə-baba yurdlarımıza qayıdış məsələsidir. Biz beynəlxalq ictimaiyyəti, sözügedən zəruri addımları atması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”, - deyə bəyantda qeyd edilib.


31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər