lider-media.az

Fərid Şəfiyev: Azərbaycanın yeni reallıqlar yaratması bəzi dövlətləri çox narahat edir

Baxış: 237 Tarix: 5-03-2024, 14:58

Azərbaycanın yeni reallıqlar yaratması bəzi dövlətləri çox narahat edir. Bizim nailiyyətlərimiz artıq göz önündədir. Dünyada tanınan alimlər Azərbaycana gəlmək üçün özləri bizə müraciət edirlər.

Bu fikirləri "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfransla əlaqədar martın 5-də təşkil edilən mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

BMTM-in rəhbəri bildirib ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı kimi dövlətlər Azərbaycanla münasibətlərə olduqca maraqlıdır. Biz məhz həmin və digər müsəlman ölkələrin nümayəndələrindən ibarət bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıracağıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi