lider-media.az

FHN-in əməkdaşı atıcılıq yarışında gümüş medal qazanıb

Baxış: 131 Tarix: 7-11-2024, 09:22

6 noyabr 2024-cü il tarixində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı idman növü üzrə yarış keçirilib.Yarışda 36 dövlət qurumundan 65 kişi, 49 qadın əməkdaş əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.Yarışda iştirak edən FHN-in atıcılıq üzrə komandasının əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb.

Belə ki, qadınlar arasında güllə atıcılığı yarışında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Aynur Məmmədova 10 metr məsafədən 10 atəş üzrə 81 xal toplayaraq yarışın gümüş medalına sahib olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi