lider-media.az

FHN-in əməkdaşları yüngül atletika yarışında yüksək nəticələr əldə ediblər

Tarix: 29-10-2024, 14:53

26 oktyabr 2024-cü il tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında yüngül atletika (60m, 400m, 800m qaçış və uzunluğa tullanma) yarışı keçirilib.

Yarışda 11 dövlət qurumundan 23 kişi, 11 qadın əməkdaş əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.Yarışda iştirak edən FHN-in atletika üzrə yığma komandasının əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar.Belə ki, qadınlar arasında uzunluğa tullanma yarışında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Zəkiyyə Kərimli bütün rəqiblərinə qalib gəlrərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında keçirilən uzunluğa tullanma yarışında isə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Yevgeniy Kasilov gümüş medala yiyələnib.

Qadınlar arasında 60 metr məsafəyə qaçışda Zəkiyyə Kərimli qızıl medal, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşı gizir Sima Səfərova isə yarışın gümüş medalının sahibi olub.

Bundan əlavə, qadınlar arasında 400 metr məsafəyə qaçışda Sima Səfərova qızıl, Bakı Regional Mərkəzinin (BRM) əməkdaşı leytenant Leyla Əliyeva isə gümüş medala yiyələnib. Kişilər arasında 800 metr məsafəyə qaçışda XRXX-nin əməkdaşı daxili xidmət giziri Cəlal Süleymanov qızıl, Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Əli Hacıyev gümüş, BRM-nin əməkdaşı kapitan İlqar Məmmədov isə bürünc medalın sahibi olublar.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi