lider-media.az

Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılıq idman növü üzrə yarış keçirilib

Tarix: 6-07-2024, 21:46

Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılıq idman növü üzrə yarış keçirilib.

Nazirlikdən Lider-media.az-a verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 20 dövlət qurumundan 57 əməkdaş (19 qadın və 38 kişi) iştirak edib.

Yekun nəticələrə görə, qadınlar arasında keçirilən yarışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı İlahə Hacıyeva birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşı Qumru Məmmədova yarışı ikinci, Maliyyə Nazirliyinin əməkdaşı Aysel Qasımova isə üçüncü pillədə başa vurub.

Kişilər arasında keçirilən yarışda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rəşad Eyyubov ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. SOCAR-ın əməkdaşı Elşən Lalayev ikinci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Tural Həsənli isə üçüncü yerdə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi