lider-media.az

Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib

Baxış: 484 Tarix: 19-05-2024, 15:27

Mayın 18-də dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 10 dövlət qurumundan 24 əməkdaş (17 kişi, 7 qadın) iştirak edib.

Yekun nəticələrə görə kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elvin Məmmədov birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşı Ramil Cabbarov yarışı ikinci, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Babək Fətullazadə isə yarışı üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Aysel Kazımova birinci yeri tutub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Günel İsmayılova və FHN-in əməkdaşı Əzizə Lalayeva müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi