lider-media.az

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Tarix: 6-11-2024, 17:39

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Öncə Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada noyabrın sonunadək elan olunması nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verilib.

Sonra Komissiyanın 3 oktyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

İclada daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsinin ardınca 5 saylı Babək – Naxçıvan – Culfa, 21 saylı Nəsimi – Binəqədi, 41 saylı Gəncə – Samux – Goranboy, 78 saylı Lənkəran kənd, 83 saylı Beyləqan və 103 saylı Şəmir kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər edilib.

Media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və kommunikasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi