lider-media.az

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

Baxış: 448 Tarix: 31-10-2024, 22:08

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

Rəsmi Berlin İran-Almaniya vətəndaşlığı olan 69 yaşlı Cəmşid Şarmehdin edamına etiraz əlaməti olaraq İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb.

Lider-media.az "Deutsche Welle"yə istinadla xəbər verir ki, baş konsulluqların ümumilikdə 32 əməkdaşının Almaniyada qalma icazəsi ləğv edilib. Lakin İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok bir alman vətəndaşının edamının ciddi nəticələrinin olacağı barədə rəsmi Tehrana dəfələrlə xəbərdarlıq edildiyini bildirib. İranda "haqsız şəkildə tutulan" başqa alman vətəndaşlarının da saxlanıldıqlarını vurğulayan nazir onların da ölkəyə qaytarılması üçün çalışdıqlarını bildirib. Nazir, Avropa İttifaqına İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına salınması barədə çağırış edib.

Xatırladaq ki, edam barədə rəsmi məlumatın yayılmasından sonra Almaniya Kansleri Olaf Şolts da edam aktını sərt şəkildə qınamışdı. Həmçinin etiraz əlaməti olaraq Almaniyanın İrandakı səfiri Markus Potsel Berlinə geri çağırılmışdı.

Qeyd edək ki, 2008-ci ildə İranın Şiraz şəhərində törədilən və 14 nəfərin ölümü ilə nəticələnən terror hücumu ilə əlaqəsi olmaqda ittiham edilən C.Şarmehd barəsində bu ilin fevral ayında edam hökmü çıxarılmışdı. Hökm oktyabrın 28-də icra edilib.

İran rəsmiləri 2020-ci ilin avqustunda C.Şarmehdin mürəkkəb əməliyyatlar nəticəsində xaricdə yaxalanaraq ölkəyə gətirildiyini açıqlamışdı. C.Şarmehdin ailəsi isə onun Dubayda tranzit uçuşu həyata keçirərkən İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qaçırıldığını iddia etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi