lider-media.az

Baş direktor: “KAAN” hərbi təyyarəsinin bir parçası Azərbaycanda istehsal olunur

Baxış: 611 Tarix: 1-03-2024, 12:49

“Artıq Azərbaycan öz müdafiə sənayesini qurub, gələcəkdə daha da güclənəcəyinə inanıram. İstehsalatda bacarıqlı insanlarınız var. “KAAN” beşinci nəsil hərbi təyyarəmizin bir parçası da Azərbaycan istehsal olunur. Yəni, “KAAN”da Azərbaycandan bir parça var”.

Açıqlamasında Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil Temel Kotil deyib.

“TUSAŞ olaraq Azərbaycanla çox sıx əlaqələrimiz var. Aramızda ortaq anlaşmalar da imzalanıb. İşlərimizi çox sıx münasibətlərlə davam etdirəcəyik. Azərbaycandakı müəssisələri də gedib gördük. Azərbaycan gənclərinin bizimlə işləməsini çox istəyirik”, - deyə Baş direktor bildirib.

Qeyd edək ki, ötən ay Türkiyənin yerli istehsalı olan beşinci nəsil “KAAN” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirib. Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi