lider-media.az

Türkiyə “KAAN” ilə 5-ci nəsil döyüş təyyarələri istehsal edən ölkələr arasında yerini aldı

Baxış: 104 Tarix: 21-02-2024, 13:15

İstanbul, 21 fevral, AZƏRTACTürkiyənin “KAAN” milli hərbi təyyarəsi bu gün ilk uçuşunu uğurla həyata keçirdi. Bununla da Türkiyə 5-ci nəsil döyüş təyyarələri istehsal edən ölkələr arasında yerini aldı.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən ən mühüm texnologiya layihələrindən biri olan “KAAN”-ın uçuşu üçün bütün texniki və laboratoriya sınaqlarını tamamlanıb.

Ötən il martın 17-də “KAAN” ilk dəfə uçuş-enmə zolağına çıxarılıb. Bunun ardından Türk mühəndisləri tərəfindən son 9 ayda təyyarənin səmaya qaldırılması üçün hazırlıqlar aparılıb. Dizaynı və istehsalı ilə Türkiyənin yerli məhsulu olan “KAAN”-ın qanadlarının uzunluğu 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir pilot üçün nəzərdə tutulub.

Qoşa mühərriki, yüksək manevr qabiliyyəti, radardan yayınması, gəmidə silah daşıma və elektron döyüş qabiliyyətləri bu hərbi hava vasitəsinin ən diqqət çəkən xüsusiyyətləridir. Hər cür hava və yer hədəflərinə strateji hücum imkanı yaradacaq təyyarə yüksək döyüş məsafəsi və supersonik sürətlə dəqiq atəş xüsusiyyətləri ilə də fərqlənir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi