lider-media.az

Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqların maarifləndirilməsi üçün broşür nəşr etdirib

Baxış: 220 Tarix: 24-10-2024, 13:37

Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqları barədə maarifləndirilməsi üçün broşür nəşr etdirib

Bakı Təşəbbüs Qrupu tərəfindən “Müstəmləkəçilik və neo-kolonializmə qarşı beynəlxalq hüquqi mexanizmlər” adlı maarifləndirici broşür nəşr olunub. Broşürdə bir çox beynəlxalq təşkilatların konvensiyalarının müvafiq maddələri yer alıb.

Lider-media.az xəbər verir ki, bu gün müstəmləkəçilik və neo-kolonializmdən əziyyət çəkən xalqların maarifləndirilməsi məqsədilə nəşr edilmiş broşür BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı beynəlxalq konfransın iştirakçılarına təqdim olunub.

Broşür müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz hüquqlarını tanımaqla bağlı maarifləndirici məqsəd daşıyır. Broşürdə beynəlxalq təşkilatların müstəmləkəçilik və neo-kolonializm ilə bağlı konvensiyalarının müvafiq maddələri, bəyanatlar, xalqların hüquqları, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 14-cü Zirvə görüşündə qəbul edilmiş bəyanat, müstəmləkəçiliyin tamamilə ləğv edilməsinə dair beynəlxalq təşkilatlarda qəbul edilmiş sənədlər, qərarlar yer alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi