lider-media.az

Zaur Mikayılov: 2022-ci ildə respublikamızın yerüstü su ehtiyatları 17 milyard kubmetr təşkil edib

Baxış: 384 Tarix: 28-02-2024, 21:30

Azərbaycanın illik su təsərrüfatı balansının məlumatına əsasən, 2022-ci ildə respublikamızın yerüstü su ehtiyatları cəmi 17 milyard kubmetr təşkil edib. Yəni, bu, çoxillik rəqəmlərimizin 57 faizidir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə bildirib.

Agentliyin sədri qeyd edib ki, bunun 4,8 milyard kubmetri ölkə ərazisində formalaşıb, 12,2 milyardı isə qonşu ölkələrdən daxil olub. Bütün bu səbəblərdən ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi, su itkilərinin qarşısının alınması sistemlərinin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin yaradılması tələb olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi