lider-media.az

#hüquqimaarifləndirmə - Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir

Baxış: 319 Tarix: 9-02-2024, 23:54

4 fəsil, 14 maddədən ibarət olan Qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir və bu sahədə fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir

Qanunla dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması və buraxılması, dövlət ehtiyatlarına aid olan malların uçotu, bu sahədə hesabatlılıq və nəzarət məsələləri tənzimlənir.

Qanuna əsasən  dövlət ehtiyatları dedikdə özündə strateji, fövqəladə və səfərbərlik ehtiyatlarını ehtiva edən maddi sərvətlərin xüsusi fondu başa düşülür.

Qanuna əsasən dövlət ehtiyatları üzrə məsul orqan, yəni Dövlət Ehtiyatları Agentliyi strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını, idarə edilməsini və dövlət ehtiyatlarına nəzarəti həyata keçirir.

Qanunda dövlət ehtiyatlarının təyinatı aşağıdakı kimi göstərilmişdir:

1. strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsi;

2. strateji əhəmiyyətli mallar üzrə daxili bazarda qısamüddətli kəskin qiymət artmasının qarşısının alınması;

3. fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi;

4. humanitar yardımın göstərilməsi.

Qanuna əsasən dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi ilə bağlı xərclər aşağıdakılar hesabına maliyyələşdirilir:

1. dövlət büdcəsinin vəsaiti;

2. dövlət ehtiyatlarının buraxılması nəticəsində əldə edilmiş vəsait;

3. qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi