lider-media.az

Məşhurlar haqqında bilinməyənlər

Baxış: 317 Tarix: Сегодня, 15:53


Müxtəlif ölkələrin tarixi şəxsiyyətləri təkcə öz ölkələrinin deyil, eyni zamanda dünya tarixinin dəyişməsində mühüm rol oynayıblar. İstər elmi, istər siyasi, istərsə də ədəbi fəaliyyəti ilə bir çox nailiyyətlərə imza atan bu şəxsiyyətlər haqqında maraqlı məlumatlar vardır. 

Lider-media.az onların bəzilərini təqdim edir: 

 Napoleon Bonapart
Napoleon Bonapart: Fransanın məşhur imperatoru Napoleon Bonapart əslində İtalyan mənşəli bir ailədən gəlib. Hətta özünün şəxsən italyan olduğuna və uşaqlığında fransızlara nifrət etdiyinə dair də müxtəlif iddialar var. Buna əsas səbəb kimi imperatorun Korsika adasında dünyaya gəlməsi və doğulduğu il adanın italyanlardan fransızlara keçməsi göstərilir.


 İsaak Nyuton
İsaak Nyuton: Məşhur ingilis elm adamı İsaak Nyuton öldükdən sonra onun xüsusi qeydləri arasında kimya, astronomiya və başqa gizli elmlər haqqında yazılmış minlərlə yazısı tapılıb.


 Qustav Eyfel
Qustav Eyfel: Fransanın simvolu olan “Eyfel qülləsi”ni hazırlayan fransız memar Qustav Eyfel eyni zamanda ABŞ-ın simvolu olan məşhur “Azadlıq heykəli”nin də layihəsini hazırlayıb.
 
Dassin qardaşları - “Adidas” və “Puma”nın yaradıcıları
Dassin qardaşları: Dünyanın ən məşhur idman markalarından olan “Adidas” və “Puma” II Dünya müharibəsinin əvvəllərində eyni ayaqqabı atelyesini işlədiblər. Lakin müharibədən sonra bir-birindən küsüb yollarını ayıran iki qardaş fərqli atelyelər quraraq, bir-biriləri ilə rəqabət aparıblar. Qardaşlardan Adolf Dassin “Adidas” markası adı altında yoluna davam edib, böyük qardaşı Rudolf Dassin isə “Puma” markalı firmasını qurub. Məlumat üçün bildirək ki, hər iki şirkətin mərkəzi Almaniyadadır.


 Bethoven
Lüdviq van Bethoven: Alman musiqisinin ən böyük dahilərindən olan Lüdviq van Bethovenin eşitmə qüsurlu olması ilə bağlı müxtəlif iddialar mövcuddur. Onun həm eşitmə qüsurlu, həm davranış pozuqluğu, həm də ölümünə səbəb kimi “glass armonika” adlanan musiqi aləti göstərilir. Ancaq hər kəs tərəfindən onun “çaydakl” balıqdan zəhərlənərək öldüyü bilinir. Halbuki Bethoven xəstələnməzdən əvvəl uzun müddət sözügedən musiqi aləti ilə çox təmasda olub. Mütəxəssislərin sağlamlıq baxımından təhlükəli hesab etdiyi bu alət qurğuşunlu şüşədən hazırlanıb.
İnsanların dəli olmasına və ölümünə səbəb olan bu alət sonradan qadağan edilib və alətin istehsalında qurğuşunlu şüşənin əvəzinə, kristal şüşədən istifadə edilməyə başlanılıb.


 Kazanova
Cakomo Cirolamo Kazanova: XVIII əsrdə macərapərəstliyi və dələduzluğu ilə məşhur olan, siyasətdən fəlsəfəyə, casusluqdan sehrbazlığa qədər əlindən hər iş gələn və adı günümüzə qədər miras qalan Kazanova həyatının son illərini sevilmədiyi bir qalada kitabxanaçı olaraq keçirib və səssiz-sədasız həyata vida edib.

 Kleopatra
Kleopatra: Antik Misirin məşhur kraliçası olan Kleopatra doqquz dildə danışmağı bacarıb.


Elvis Presli 
Elvis Presli: “Rok-n-rollun kralı” kimi tanınan Elvis Presli hələ məktəb illərindən saçlarını tünd rəngə boyayıb. Müğənninin saçı isə əslində sarı rəngdə olub.


 Eynşteyn
Albert Eynşteyn: İddialara görə, məşhur fizik Albert Eynşteynə həmin dövrdə İsrailin Baş naziri tərəfindən prezidentlik kreslosu təklif edilib. Lakin bu təklif Eynşteyn tərəfindən rədd edilib.


Motsart
Volfqanq Amadey Motsart: Böyük musiqi sənətkarlarından biri olan Volfqanq Amadey Motsartın məzarı hələ də tam məlum deyil. Böyük sənətkarın məzarının Vyanada “St. Marks” qəbiristanlığında olduğu bilinsə də, məzarını müəyyən edəcək hər hansı bir işarə olmadığından hansı məzarın ona aid olduğu məlum deyil. Qəbiristanlıqda onun adına simvolik bir abidə ucaldılıb.


Persi Spenser
Persi Spenser: Amerikalı mühəndis Persi Spenser bir müdafiə şirkətində işlədiyi zaman elektrik enerjisini bir arada toplayan yeni bir sistem üzərində çalışıb. Bu zaman cibindəki şokoladın istidən əridiyini görən mühəndis bu hadisədən sonra mikrodalğalı sobanı ixtira etmək qərarına gəlib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi