lider-media.az

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baxış: 321 Tarix: Сегодня, 16:43

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 oktyabr tarixli 736 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq edilsin:

1.1. baş həkim – 3,0 dəfə;

1.2. baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;

1.3. baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;

1.4. təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsindən irəli gələn məsələləri həll etsin.

3. Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 24 ” “ oktyabr ” 2025-ci il

№ 31


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi