lider-media.az

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Zəngilan aeroportunun açılışının ikinci ildönümü münasibətilə təbrik edib

Baxış: 469 Tarix: 20-10-2024, 15:01

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Zəngilan aeroportunun açılışının ikinci ildönümü münasibətilə təbrik edib

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngilan Beynəlxalq Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Lider-media.az xəbər verir ki, bu barədə türkiyəli nazir oktyabrın 20-də sosial şəbəkələrdə müvafiq paylaşım edib.

Nazir Türkiyə və Azərbaycan liderlərinin erməni işğalından azad edilmiş Zəngilanda hava limanının açılış mərasimində iştirakını xatırladıb.

Türkiyəli nazir, həmçinin Zəngilan hava limanının qardaş Azərbaycanın inkişafında yeni səhifə açdığına əminliyini ifadə edib. O, mülki aviasiya sahəsində qarşılıqlı fəaliyyət sayəsində Türkiyə ilə Azərbaycan qardaşlığının daha da parlaq olacağını vurğulayıb.

Uraloğlu öz paylaşımına Zəngilan Beynəlxalq Hava Limanının fotosunu, habelə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hava limanının rəmzi açılışını bildirən qırmızı lenti kəsmələrinin fotoşəkillərini əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi