lider-media.az

Çinin Honkonq Kore Akademiyasının nümayəndələri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Baxış: 385 Tarix: 7-10-2024, 10:27


Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini prof. Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng ölkəmizdə səfərdədirlər. Səfər çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və çinli alimlər  Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi