lider-media.az

Azərbaycan qazı Ermənistana idxal edilə bilər, bir şərtlə... - POLİTOLOQ AÇIQLADI

Baxış: 266 Tarix: 23-09-2024, 11:50

"İşğalın qarşısını almaq, torpaqları azad etmək, ərazi bütövlüyünü və suverenliyi təmin etmək məqsədi ilə Ermənistanın da bölgədəki qlobal enerji layihələrinə daxil edilməsi haqqında illər öncə fərziyyələr irəli sürülmüşdür. Konkret planlar formalaşmışdır. Təəssüflər olsun ki, Ermənistanın rəhbərliyi qeyri-konstruktiv mövqi nümayət etdirərək işğalın müddətini uzatmağa çalışmışdır. Danışıqlarda heç bir səmərəli nəticə formalaşmamış və bununla statuskvonun ömrü uzanmışdır".

Bu sözləri Lider-media.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. 

"Mənasız danışıqlar və imitasiya xarakteri daşıyan təmaslar da bir nəticə vermədi. Yeni realıqlarda Azərbaycan hərbi siyasi yollarla öz süverenliyini təmin etmişdir və əməkdaşlıq üçün, sülhün dayanıqlığının artırılması üçün müxtəlif təşəbbüslər irəli sürülür. O cümlədən, yeni geopolitik şərtlər daxilində Ermənistanın da Azərbaycan qazına əlçatanlığın təmin olunması fikirləri mövcuddur.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da dilə gətirir, amma bu geniş midyaslı ər tərəfli sülh müqaviləsi imzalanarsa, düşünürəm ki, reallaşa bilər və bununla da bölgədəki sülhün təhvikəsizliyin, sabitliyin. təminatı yaranar və birgə yaşayışı üçün daha əlverişli zəmin meydana gələr. Bunun üçün Ermənistan öz mövqeyində dəyişikliklər etməlidir, Azərbaycanın tələblərini yerinə yetirməlidir və sülh üçün daha praktiki adımlar atılmalıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi