lider-media.az

Ərdoğan BMT Baş Assambleyasından öncə Harrislə görüşməyi planlaşdırır

Baxış: 394 Tarix: 20-09-2024, 20:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsindən öncə ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşməyi planlaşdırır.

Lider-media.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-də qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən Harris seçki kampaniyası üçün vəsait toplama tədbirində iştirak etmək üçün bazar günü Nyu Yorka gələcək.

Nəşr yazır ki, Türkiyə lideri Harrislə görüş istəyib və onun komandasından cavab gözləyir. Ərdoğan ABŞ-nin Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi Tim Uolts ilə də görüşə açıqdır.

“Türkiyə Prezidentinin demokratlarla görüşündə əsas məqsəd rəsmi Ankaranın Vaşinqtonla münasibətlərin səviyyəsini saxlamaqdır”, - “Bloomberg” qeyd edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi