lider-media.az

İcma: Bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq

Baxış: 230 Tarix: 19-09-2024, 10:50

İcma: Bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq

Qərbi Azərbaycan İcması antiterror tədbirlərinin ildönümü ilə bağlı bəyanat yayıb.

Lider-media.az bəyanatı təqdim edir.

Bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür. Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa bu tədbirlərlə son qoydu və ölkənin suverenliyini tam bərpa etdi. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin etdi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla tamamlandı. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür.

Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməyib, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə edib. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.

Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi formada göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd göstərirlər. Biz bu qüvvələrdən beynəlxalq hüququn normalarına hörmət göstərməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik.

Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi