lider-media.az

Xarici diplomatlar Xudavəng monastırında olublar

Baxış: 226 Tarix: 18-09-2024, 16:13

Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərə səfərləri çərçivəsində Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) işi ilə tanış olublar.

Səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Stansiyada görülən işlər barədə qonaqlara məlumat verilib, tikintidə xarici şirkətlərin də iştirak etdiyi bildirilib. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində Qələbədən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.

Sonra diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilir.

     Lider-media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi