lider-media.az

Almaniyada Ukraynaya etimad azaldı

Baxış: 301 Tarix: 18-09-2024, 11:31

 

Almaniya Bundestaqının sağçı deputatı Ştefan Kotre Kiyevin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanmasında iştirakı ilə bağlı xəbərlərdən sonra Ukraynaya etimad məsələsinin dəyişdiyini açıqlayıb. 


Lider-media.az xəbər verir ki, bu barədə deputatın hökumətə müraciətində qeyd edilib. 


“Ukraynanın 2022-ci il sentyabrın 26-da “Şimal Axını” boru kəmərlərində terror aktında iştirakı ilə bağlı yeni tapıntılar fonunda federal hökumət Ukrayna ilə gələcək əməkdaşlığı necə qiymətləndirir? Bu, özü ilə hansı nəticələri gətirə bilər?” deyə parlamentarinin müraciətində bildirilir.


Qeyd edək ki, hökumət deputatın müvafiq sualına cavab verməkdən imtina edib. Belə ki, dövlət katibi Suzan Baumann bildirib ki, istintaqın maraqları baxımından tələb olunan məlumat açıqlana bilməz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi