lider-media.az

Naxçıvan və İran arasındakı elektrik xətti “Culfa” yarımstansiyasına qoşulacaq

Baxış: 217 Tarix: 18-09-2024, 11:28


 Naxçıvan Muxtar Respublikası və İran arasındakı 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xəttinin “Culfa” yarımstansiyasına qoşulması planlaşdırılır.

Lider-media.az xəbər verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, ötən əsrin 90-cı illərinin sonunda qurulmuş, qurğu və avadanlıqları uzun müddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrik xətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerini dəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır. Yarımstansiya üçün yeni 2 ədəd 110/35/10 kV-luq, 16 MVA gücündə transformator satın alınıb.

Onlardan biri muxtar respublikaya gətirilib və yarımstansiyada quraşdırılması işləri aparılır. Yaxın zamanlarda digər güc transformatoru da Naxçıvana gətiriləcək. Tikinti-quraşdırılması davam etdiriləcək 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasından 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyasına çəkiləcək iki dövrəli 110 kV-luq hava elektrik verilişi xəttinin bir dövrəsinin yarımstansiyaya birləşdirilməsi də nəzərdə tutulur. Yarımstansiya Culfa şəhərində və rayonun Yaycı, Dizə kəndlərində istehlakçıların keyfiyyətli elektrik enerjisi tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin texniki itkilərini azaltmaqda mühüm rol oynayacaq. Sadalanan bölgələri qidalandıran mövcud 10 kV-luq elektrik xətti yeni yarımstansiyadan qidalandıralacaq 35 kV-luq gərginlik pilləsinə keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi