lider-media.az

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Baxış: 477 Tarix: 16-09-2024, 16:16

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə inamlı qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini “AMANAT” Partiyası və şəxsən öz adımdan təbrik edirəm.

Seçicilərin əksəriyyətinin Yeni Azərbaycan Partiyasına səs verməsi vətəndaşların ölkənin aparıcı siyasi partiyasına yüksək etimadını göstərir.

Azərbaycan vətəndaşları dayanıqlı iqtisadi inkişafın gücləndirilməsinə, cəmiyyətin konsolidasiyasına və xalqın rifahının yüksəldilməsinə yönəlmiş siyasi kursa geniş dəstək nümayiş etdirmişlər. Partiyalarımızın əməkdaşlığı Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq üçün mühüm amil rolunu oynayır.

Biz münasibətlərimizin ortaq gələcəyinə inamla baxırıq. Bütün partiya üzvlərinə Azərbaycan Respublikasının firavanlığı naminə yeni uğurlar arzulayıram!

Hörmətlə,

Daulet Kəribek

“AMANAT” Partiyasının İcra katibi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi