lider-media.az

"Formula - 1" Azərbaycan Qran-prisinin qalibi məlum oldu

Baxış: 455 Tarix: 15-09-2024, 21:18

 

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi yekunlaşıb.

Lider-media.az xəbər verir ki, "Maklaren" pilotu Oskar Piastri 1-ci yeri tutub.

O, 51 dövrəlik yarışda finiş xəttini 1-ci keçib. 

"Ferarri" pilotu Şarl Lekler 2-ci, "Mersedes"dən Corc Rassell 3-ü yerdə qərarlaşıb. 

Sonda mükafatlandırma mərasimi keçirilib. Qalib Oskar Piastriyə mükafatı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

İkinci yeri tutan Şarl Leklərə mükafatı gənclər və idman naziri Fərid Qayıbov, üçüncü yerin sahibi Corc Rassellə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov verib. 

Qeyd edək ki, Piastri karyerasında ikinci dəfə qələbə qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi