lider-media.az

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Baxış: 375 Tarix: 13-09-2024, 19:28

     Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Lider-media.az-a bildirilib ki, Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 13-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 11 sentyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

     Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

      Komissiya daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, obyektiv və hərtərəfli araşdırılması nəticəsində Milli Məclisə seçkilər keçirilən 11 seçki məntəqəsində – 21 saylı Nəsimi – Binəqədi seçki dairəsinin 30, 70 saylı Neftçala seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49, 86 saylı Ağcabədi seçki dairəsinin 7 və 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib.

     Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi