lider-media.az

Dövlət Xidməti Naxçıvanda qəbul keçirib

Baxış: 193 Tarix: 13-09-2024, 15:23


 

 

 

  Qurumun Mətbuat Xidmətindən Lider-media.az-a bildirilib ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov sentyabrın 12-də Xidmətin Naxçıvan MR üzrə baş idarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

  Sonra vətəndaşların müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həmçinin bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.

 Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Lider-media.az-averilən məlumata görə, Xidmət rəisi qəbul zamanı qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

  Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 

                                                            


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi