lider-media.az

Ermənistanın sərhəd təxribatları intensivləşdi - EKSPERT ƏSL SƏBƏBİ AÇIQLADI

Baxış: 111 Tarix: 12-09-2024, 22:38

 


“Ermənistan silahlı qüvvələri dünən və bu gün Naxçıvan istiqamətində şərti sərhəddə təmas vəziyyətində olan birinci şlon bölmələrinin vasitəsilə atəşkəsi yenidən pozdu. Görünən odur ki, Ermənistan Naxçıvan istiqamətində atəşkəsin pozulması intensivliyinin artırılmasını, bu bölgə üzərində mövcud ola biləcək növbəti təxribatların törədilməsi planı üzərindən həyata keçirir”. 

Bu sözləri Lider-media.az-a verdiyi açıqlamada hərbi ekspert Elxan Şıxəliyev deyib. 

Onun sözlərinə görə, Ermənistanın indi hər vəchlə Azərbaycanı adekvat tədbirlər görməyə təhrik etməkdə əsas məqsədi COP29-a qədər bölgədə hər hansı bir gərginlik yaratmaqdır: “Onlar çalışırlar ki, COP29-un baş tutmasına az qalmış mötəbər tədbiri kölgə altına alsınlar. Gələn qonaqlar da düşünsün ki, Azərbaycan təhlükəli ərazidir. Bu böyük bir plandır. Sırf Naxçıvan istiqamətini ona görə əsaslandırırlar ki, burada Zəngəzur koridorunun açılması üzərinə son günlərdə müzakirələr intensivləşib. Bu səbəbdən sentyabr, oktyabr, noyabr aylarında biz təxribatların artan templə gedəcəyini gözləməli və fərqində olmalıyıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi