lider-media.az

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək?

Baxış: 281 Tarix: 11-09-2024, 13:11

 

“Rusiya hərbi istehsalı artırmağa davam edir. Onlar hələ iki il də bu tempdə davam edəcək”.
Lider-media.az xəbər verir ki, bu barədə Almaniyanın Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb. 
Analitiklərin fikrincə, 2022-ci ilin son rübü ilə 2024-cü ilin ikinci rübü arasında Rusiya istehsalı kəskin artırıb.  
Qeyd edilir ki, belə yüksək artım Rusiya istehsalı olan zirehli texnika və tankların 80 faizinin yeni maşınların istehsalından çox, mövcud ehtiyatların modernləşdirilməsi nəticəsində əldə edilib.
Kiel İnstitutu Rusiyanın zirehli maşın istehsalının 2026-cı ildən başlayaraq azalacağını hesablayıb. Buna əsas səbəb isə Rusiyanın Sovet dövründən qalma ehtiyatları məhv etməsidir. Ekspertlər bildirir ki, Moskva çox güman əlavə istehsal xətləri açmasa belə, 2026-cı ildən sonra ildə 350 müasir tank istehsal edəcək.
İnstitutun hesablamalarına görə, Rusiya gündə ən az 10 min mərmi atır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi