lider-media.az

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Baxış: 253 Tarix: 9-09-2024, 17:19

Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Lider-media.az xəbər verir ki, əvvəlcə Komissiyanın sentyabrın 4-də və 5-də keçirilən iclaslarının protokolları təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər beynəlxalq müşahidə missiyasının təmsilçiləri, media mənsubları, o cümlədən maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi