lider-media.az

"Komando başlanğıc kursu"nda praktiki məşğələlər yerinə yetirilir

Baxış: 892 Tarix: 20-02-2024, 12:35

Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində keçirilən "Komando başlanğıc kursu" davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məşğələlər zamanı hərbi qulluqçular öyrəndikləri nəzəri biliklərini təlim sahəsində praktiki tapşırıqları icra etməklə möhkəmləndirirlər.

Plana əsasən, kurs iştirakçıları şərti düşmən hədəflərinin aşkar olunaraq atıcı silahlardan dəqiq atəşlə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən "Komando başlanğıc kursu"nda məşğələlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi